BDU-da ““Beynəlxalq kimya ili”ndə: problemlər, perspektivlər” mövzusunda tədbir keçirilib

BDU-da ““Beynəlxalq kimya ili”ndə: problemlər, perspektivlər” mövzusunda tədbir keçirilib
# 18 yanvar 2011 10:28 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Bakı Dövlət Universitetində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) təşkilatçılığı ilə ““Beynəlxalq kimya ili”ndə: problemlər, perspektivlər” mövzusunda tədbir keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən universitetin rektoru Abel Məhərrəmov bildirib ki, UNESKO-nun təşəbbüsü ilə 2011-ci il bütün dünyada “Beynəlxalq kimya ili” elan olunub. Hazırda cəmiyyətdə aparıcı mövqe tutan qadınların əksəriyyətinin kimyaçılar olduğunu deyən rektorun sözlərinə görə, “Beynəlxalq kimya ili” çərçivəsində onların araşdırmaları daha da genişləndiriləcək.

AQUPDK sədri Hicran Hüseynova isə bildirib ki, hazırda Azərbaycanda üç akademik qadın, 250 qadın elmlər doktoru və 3254 elmlər namizədi var: “Azərbaycan qadınları kimya elminin inkişafına öz töhfələrini veriblər. Belə məşhur kimyaçı qadınların sırasında İzzət Orucovanın, Fəzilə Səmədovanın, Elmira Süleymanovanın və başqalarının adlarını çəkmək olar”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR