Ötən il ətraf mühiti çirkləndirənlər 6 milyon 134 min 322 manat cərimələniblər

Ötən il ətraf mühiti çirkləndirənlər 6 milyon 134 min 322 manat cərimələniblər
# 18 yanvar 2011 11:34 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ətraf mühitin mühafizəsinə nəzarəti həyata keçirən qurumları tərəfindən 2010-cu il ərzində hüquqi, fiziki şəxslər və vətəndaşlar tərəfindən yol verilmiş qanun pozuntularına görə 2206 akt, 828 protokol tərtib olunub. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müəyyən edilmiş nöqsanların aradan qaldırılması üçün müvafiq qanunvericiliyə əsasən 862 icrası məcburi olan göstəriş verilib. Qanun pozuntusuna yol verdiklərinə görə hüquqi və fiziki şəxslərə qarşı ümumilikdə 815 iş üzrə 6134322,15 manat məbləğində cərimə tətbiq edilib. Həmin cərimənin 285779,81 manatı ödənilib. Ətraf mühitə dəymiş ziyanla bağlı 542 iş üzrə 1157951,47 manat məbləğində iddia qaldırılıb, ondan 127727,86 manatın ödənilməsi təmin edilib.

İdarə və müəssisələrə 4907 iş üzrə 1194386,85 manat məbləğində ödəmə tətbiq olunub. Onun 697109,11 manatı ödənilib. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına göndərilmiş 112 işdən 27-nə, məhkəmələrə göndərilmiş 142 işdən 81-nə, məhkəmə icraçılarına göndərilmiş 424 işdən 79-na baxılaraq müvafiq tədbir görülüb, 2 obyektin fəaliyyəti dayandırılıb.

Nazirlikdən bildirilib ki, qanunu pozmuş hüquqi və fiziki şəxslər onlara tətbiq olunan cərimələri ödəməkdən yayınır, hüquq-mühafizə orqanlarına, məhkəmə və məhkəmə icraçılarına göndərilmiş işlər isə baxılmamış qalır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR