Vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün elan edilən müsabiqənin test imtahanı mərhələsinin nəticələri açıqlanıb

Vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün elan edilən müsabiqənin test imtahanı mərhələsinin nəticələri açıqlanıb
# 18 yanvar 2011 12:26 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın 21, 29 oktyabr və 26 noyabr 2010-cu il tarixlərdə 97 dövlət orqanı üzrə 826 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün elan etdiyi müsabiqənin test imtahanı mərhələsinin nəticələri açıqlanıb. Komissiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müsabiqədə iştirak etmək üçün komissiyada 3083 namizəd qeydə alınıb. Onlardan 1297 nəfəri (bütün namizədlərin 42,07 faizi) qanunvericiliyə müvafiq olaraq müsabiqənin ilk mərhələsini uğurla başa vurub. Test mərhələsini uğurla başa vuran namizədlərdən 397 nəfəri 6 və ya 7-ci, 391 nəfəri 8 və ya 9-cu təsnifat inzibati vəzifələr üzrə keçid balını toplayıb. 509 nəfər 6 və ya 7-ci təsnifat inzibati vəzifələrə iddia etsə də, bu vəzifələr üzrə keçid balını toplaya bilməyib, lakin 8 və ya 9-cu təsnifat inzibati vəzifələr üzrə keçid balını toplayıblar.

Namizədlərdən 307 nəfəri test imtahanında iştirak etməyib. Bunlardan 51 nəfəri Ekologiya və Təbii Sərvətlər Nazirliyi, 41 nəfəri Dövlət Sosial Müdafiə Fondu və 40 nəfəri İqtisadi İnkişaf Nazirliyi üzrə qeydə alınmış namizədlərdir.

İmtahanın nəticələrinə görə, daha çox namizədin uğur qazandığı dövlət orqanları İqtisadi İnkişaf Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu, Bakı Apellyasiya Məhkəməsi və Təhsil Nazirliyidir.
-
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR