“Mərkəzi Nəbatat Bağının elmi əsərləri”nin 8-ci cildi çapdan çıxıb

“Mərkəzi Nəbatat Bağının elmi əsərləri”nin 8-ci cildi çapdan çıxıb
# 18 yanvar 2011 12:53 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Nəbatat Bağı “Mərkəzi Nəbatat Bağının elmi əsərləri”nin 8-ci cildini çap etdirib. Bağın direktoru Oruc İbadlının APA-ya verdiyi məlumata görə, kitab AMEA-nın 65 illik yubileyi münasibətilə hazırlanıb. Toplunun baş redaktoru akademik Cəlal Əliyev, redaktoru Oruc İbadlıdır. Kitabda Abşeronda xüsusi tropik şəraitdə yetişdirilən yerli ağac, kol və bəzək bitkiləri, onların bioloji xüsusiyyətləri, ilkin becərilmə üsulları, şəhər və kəndlərin yaşıllaşdırılması ilə bağlı tövsiyələr öz əksini tapıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR