Bişkekdə “İlham Əliyev Azərbaycanın yeni milli lideridir” çoxcildliyinin birinci cildi rus dilində nəşr edilib - FOTO

Bişkekdə “İlham Əliyev Azərbaycanın yeni milli lideridir” çoxcildliyinin birinci cildi rus dilində nəşr edilib - <font color=red>FOTO</font>
# 18 yanvar 2011 14:02 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Bişkekdə fəaliyyət göstərən Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun sifarişi və maliyyə dəstəyi ilə “İlham Əliyev Azərbaycanın yeni milli lideridir” («Ильхам Алиев – новый национальный лидер Азербайджана») çoxcildliyinin birinci cildi rus dilində nəşr edilib. Diaspora ilə İş Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 874 səhifədən ibarət olan kitabda Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin, şöbə müdirləri Əli Həsənovun, Fatma Abdullazadə, Fuad Ələsgərovun və prezidentin köməkçisi Əli Əsədovun, təhsil naziri Misir Mərdanovun, AMEA-nın Tarix İnstitutunun direktoru Yaqub Mahmudovun, fəlsəfə elmləri doktoru Səlahəddin Xəlilovun, Mail Rəhimovun, Fuad Axundovun və başqa müəlliflərin məqalələri toplanıb.
Kitabda ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti, aparılan islahatlar, dövlət başçısının çıxışları, mətbuat konfransları və Azərbaycanın bölgələrinə səfərləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində göstərilən təşəbbüslər, ermənilərin zaman-zaman xalqımızın başına gətirdikləri faciələr, habelə tariximiz, mədəniyyətimizlə bağlı məlumatlar əksini tapıb.
Geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş çoxcildliyin birinci cildinin Qırğızıstanda, Qazaxıstanda və Özbəkistanda pulsuz yayılması nəzərdə tutulub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR