Azərbaycan emiqrantlarının əksəriyyəti ötən il Rusiyaya gedib

Azərbaycan emiqrantlarının əksəriyyəti ötən il Rusiyaya gedib
# 18 yanvar 2011 14:26 (UTC +04:00)
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, əhalinin sıxlığı 1 kv. km-ə 105 nəfər olub. Ölkə əhalisinin 53,1%-i şəhər, 46,9%-i kənd yerlərində yaşayır, 49,5%-i kişilərdən, 50,5%-i isə qadınlardan ibarətdir. Hər 1 000 nəfər kişiyə 1 041 nəfər qadın düşür.

Əhalinin 23%-i 0-14 yaşda, 71%-i 15-64 yaşda, 6%-i isə 65 və yuxarı yaşda olanlardır. Eyni zamanda, 14-29 yaşda olan gənclər ölkə əhalisinin 31,4%-ni təşkil edir.

Ötən il doğulan körpələr üçün gözlənilən ömür uzunluğu 73,5 yaş, o cümlədən oğlanlar üçün 70,9 yaş, qızlar üçün 76,1 yaş təşkil edib.

Qeyd edək ki, 2010-cu ildə Daxili İşlər Nazirliyinin müvafiq qurumları tərəfindən Azərbaycana daimi yaşamaq üçün 2,2 min nəfər gələn və 0,8 min nəfər ölkədən gedən qeydə alınıb. İmmiqrantların 77,2%-ni Rusiyadan, 7%-ni Qazaxıstandan, 4,3%-ni Ukraynadan gələnlər, emiqrantların isə müvafiq olaraq 55,3%-ni, 30,3%-ni və 5,4%-ni həmin ölkələrə gedənlər təşkil ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR