Azərbaycanda boşanmaların sayı artıb

Azərbaycanda boşanmaların sayı artıb
# 19 yanvar 2011 07:14 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Ötən il ərzində Azərbaycanda nikahların bağlanması ilə yanaşı boşanmaların da sayı artıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, 2010-cu ildə rəsmi orqanlar tərəfindən ölkədə 79,3 min nikah və 8,9 min boşanma qeydə alınıb və əhalinin hər 1 000 nəfərinə hesabı ilə 2009-cu ilə nisbətən nikahların sayı 8,8-dən 8,9-a qədər, boşanmaların sayı isə 0,9-dan 1-ə qədər artıb.

Birinci nikaha daxil olanların orta yaş həddi kişilər arasında 27, qadınlar arasında isə 23 yaş olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR