Bakıda “Ərzaq təhlükəsizliyinin qlobal sosial-iqtisadi problemləri” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçiriləcək

Bakıda “Ərzaq təhlükəsizliyinin qlobal sosial-iqtisadi problemləri” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçiriləcək
# 19 yanvar 2011 10:35 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İqtisadiyyat İnstitutunun təşkilatçılığı ilə Bakıda “Ərzaq təhlükəsizliyinin qlobal sosial-iqtisadi problemləri” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçiriləcək. Bu barədə APA-ya AMEA-nın mətbuat xidmətindən bildirilib. Konfransın bu ilin sonunda keçirilməsi nəzərdə tutulub. Tədbirdə “Ərzaq təhlükəsizliyi milli-iqtisadi təhlükəsizliyin tərkib hissəsi kimi”, “ÜTT-yə üzvlük və Azərbaycanda ərzaq təhlükəsizliyi məsələləri”, “Ərzaq məhsullarının idxalı və ixracının təkmilləşdirilməsi istiqamətləri”, “Qloballaşma şəraitində ərzaq təhlükəsizliyinin təmin olunmasının elmi–nəzəri əsasları”, “Rəqabət qabiliyyətli və ekoloji təmiz ərzaq məhsullarının istehsalı. Aqrar sahənin təşkilati – iqtisadi, idarəetmə strukturunun təkmilləşdirilməsi”, “Ərzaq təhlükəsizliyinin təmin edilməsində dövlətin rolu. Ərzaq təhlükəsizliyinin təmin olunmasında maliyyə - kredit, vergi və qiymət amillərindən istifadə”, “Ərzaq təhlükəsizliyi və sosial–demoqrafik problemlər”, “Qeyri–sənaye sahələrinin inkişafı və ərzaq təhlükəsizliyi problemləri” mövzularında məruzələr dinləniləcək, müzakirələr aparılacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR