Ramiz Həsənov: “Avtomobillərin havaya buraxdığı qazın miqdarını müəyyənləşdirmək üçün yeni laboratoriya tikiliəcək”

Ramiz Həsənov: “Avtomobillərin havaya buraxdığı qazın miqdarını müəyyənləşdirmək üçün yeni laboratoriya tikiliəcək”
# 20 yanvar 2011 08:53 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə-APA. “Yaxın bir il ərzində Azərbaycandakı taksilər tamamilə dəyişdiriləcək və yeni standartlara uyğun olacaq. Tədricən taksilərin rəngləməsi prosesi yekunlaşacaq”. APA-nın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov deyib. Komitə sədri benzinin keyfiyyəti ilə bağlı gündəlik yoxlamalar keçirildiyini də bildirib: “Bəzi qanun pozuntuları olur. Bəzən Aİ 95 markalı benzinin əvəzinə Aİ 93 markalı benzin vurulur. Lakin ötən illərə nisbətən belə hallar xeyli azalıb. Bakıda belə hadisələr demək olar ki, olmur. Ancaq ucqar rayonlarda belə hallar müşahidə olunur”.

Ramiz Həsənov avtomobillərdən buraxılan qazların miqdarı müəyyənləşdirmək üçün yeni laboratoriyanın tikiləcəyini qeyd edib: “Bundan başqa biz rayonlarda da laboratoriyalar açmaq istəyirik. Əsasən, Lənkəran, Sumqayıt, Salyanda laboratoriyalar tikiləcək. Gəncədə isə metroloji laboratoriya tikilib istifadəyə verilib. Sumqayıtda neft-kimya laboratoriyası və qazometrik laboratoriya tikilir”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR