Azərbaycanın Serbiyadakı səfirliyində 20 Yanvar faciəsinin 21-ci ildönümü ilə bağlı tədbir keçirilib

Azərbaycanın Serbiyadakı səfirliyində 20 Yanvar faciəsinin 21-ci ildönümü ilə bağlı tədbir keçirilib
# 20 yanvar 2011 12:28 (UTC +04:00)
Bakı-APA. Azərbaycanın Serbiyadakı səfirliyi tərəfindən qanlı 20 Yanvar faciəsinin 21-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib. Səfirlikdən APA-ya verilən məlumata görə, tədbirdə Belqraddakı Azərbaycan Mədəniyyət Mərkəzinin və Serbiya-Azərbaycan ticarət-iqtisadi Palatasının üzvləri, Serbiyada yaşayan Azərbaycan icmasının üzvləri, burada təhsil alan azərbaycanlı tələbələr, KİV nümayəndələri və Belqrad şəhərinin müsəlman icmasının nümayəndələri iştirak ediblər. Tədbirin əvvəlində iştirakçılar 20 Yanvar faciəsini əks etdirən foto-guşə ilə tanış olublar.

Tədbirdə çıxış edənlər 20 Yanvar faciəsi zamanı sovet qoşunları tərəfindən törədilmiş vəhşilikləri xatırlayaraq, milli azadlıq yolunda şəhid olan qəhrəmanların xatirəsinin xalqımızın yaddaşında əbədi yaşayacağına əmin olduqlarını diqqətə çatdırıblar.
Sonra mərasim iştirakçıları “Azadlığa aparan yol” sənədli filminə baxıblar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR