Ötən il Azərbaycanda təbiətə dəyən ziyana görə 114910 manat cərimə tətbiq edilib

Ötən il Azərbaycanda təbiətə dəyən ziyana görə 114910 manat cərimə tətbiq edilib
# 21 yanvar 2011 08:01 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Hazırda Azərbaycanda ümumi sahəsi 890 026,2 ha olan xüsusi mühafizə altında təbiət ərazisi, o cümlədən, 8 milli park, 11 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, xüsusi mühafizə olunan təbiət əraziləri ölkə ərazisinin 10,3 faizini təşkil edir.

Zaqatala-Balakən regionunda ölkə tarixində ilk biosfer rezervatının yaradılması ilə əlaqədar artıq “Zaqatala-Balakən biosfer qoruğunun yaradılması və dayanıqlı inkişafı üzrə razılaşmalara dair Protokol”un son variantı Nazirlər Kabinetinə təqdim edilib.
Ölkə prezidentinin sərəncamı ilə Zooloji Parkın yaradılması ilə əlaqədar Abşeron rayonunun Qobu ərazisində 55 hektar torpaq sahəsi ayrılıb. Parkın yaradılması məqsədilə dizayn-layihələndirmə işlərini aparacaq şirkət müəyyən edilib. Bununla yanaşı, Şahdağ Milli Parkının ərazisi 14613,1 hektar genişləndirilib.

Nazirlikdən bildirilib ki, 2010-cu il ərzində milli park və dövlət təbiət qoruqlarının ərazisində qanun pozucularına qarşı 624 akt, 187 protokol tərtib edilib, təbiətə dəyən ziyanın məbləği 63983,18 manat hesablanıb, 114910 manat cərimə tətbiq olunub, 19 iş baxılması üçün hüquq-mühafizə orqanlarına, 54 iş rayon məhkəmələrinə və məhkəmə icraçılarına göndərilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR