Azərbaycanda pensiyanın orta məbləği orta aylıq əmək haqqının 34%-nə bərabərdir

Azərbaycanda pensiyanın orta məbləği orta aylıq əmək haqqının 34%-nə bərabərdir
# 21 yanvar 2011 10:59 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin əvvəlinə Azərbaycanda pensiyaçıların sayı 1,291 mln. nəfər olub ki, bu da ölkə əhalisinin 14%-ni təşkil edir.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, 2010-cu ildə təyin olunmuş aylıq pensiyaların orta məbləği 112 manata çatıb və orta əmək haqqının 34%-ni təşkil edib.

Cari ilin əvvəlinə 295 min nəfər sosial müavinət, 34 min nəfər Azərbaycan Respublikası qarşısında xüsusi xidmətlərə görə təqaüd və 123 min ailənin 553 min nəfər üzvü ünvanlı dövlət sosial yardımı alıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR