Misir səfiri Azərbaycan Dillər Universitetində olub - FOTO

Misir səfiri Azərbaycan Dillər Universitetində olub - <font color=red>FOTO</font>
# 21 yanvar 2011 11:11 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, millət vəkili Səməd Seyidov Misir Ərəb Respublikasının Azərbaycandakı səfiri Sabir Əbdülqadir Mənsuru qəbul edib. ADU-nun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, rektor bir müddət əvvəl universitetdə keçirilən ərəb ölkələrinin səfirləri ilə görüşdən çəkilmiş şəkli səfirə təqdim edib. S. Seyidov yeni tədris ilindən 10 azərbaycanlı tələbənin ADU-da ərəbşünaslıq ixtisası üzrə təhsil alacağını diqqətə çatdırıb. Ərəbşünaslıq ixtisasının 2011-2012-ci dərs ilindən tədris olmasını məqsədəuyğun hesab etdiyini bildirib. Rektor gələcəkdə Ərəb filologiyası ixtisasının açılması və bu sahədə mütəxəssislərin hazırlanması barədə də fikirlərini dilə gətirib.

Sabir Əbdülqadir Mənsur ərəb dili, mədəniyyətinin tanıdılması üçün məşhur alimlərin əsərlərinin Azərbaycan dilinə tərcüməsi və bu sahədə aparılan işlərin vacibliyindən danışıb. O, ikitərəfli münasibətlərin inkişafında elm və təhsil sahəsində əməkdaşlığın xüsusi rol oynadığını və universitetə bu sahədə dəstək verməyə hazır olduqlarını vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR