Azərbaycanda işçisini sığortalamayan müəssisə və təşkilatlar cərimələnəcək

Azərbaycanda işçisini sığortalamayan müəssisə və təşkilatlar cərimələnəcək
# 21 yanvar 2011 11:38 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, görüşün keçirilməsində məqsəd “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanunun tələbləri barədə iş adamlarını məlumatlandırmaq olub.

Tədbirdə Dövlət Əmək Müfəttişliyinin rəis müavini Məhərrəm Məhərov bildirib ki, hər il dünyada 2,3 mln. insan istehsalatda bədbəxt hadisələr nəticəsində dünyasını dəyişir: «Bu rəqəmdən 2-3 dəfə artığı isə xəsarət alır. Azərbaycanda 2009-cu ildə istehsalatda 250 bədbəxt hadisə baş verib, nəticədə 69 nəfər dünyasını dəyişib, 218 nəfər əmək xəsarəti alıb. Qanunla iş prosesində işçi əlini belə yaralayarsa, Dövlət Əmək Müfəttişliyinə məlumat verilməlidir. Əks halda, müəssisəyə 2 min manat cərimə tətbiq olunmalıdır. Əgər işçi bir gündən artıq əmək qabiliyyətini itirirsə, tədqiqat aparılmalı və dəymiş zərər müəssisə tərəfindən işçiyə ödənilməlidir».

M.Məhərov qeyd edib ki, tətbiq olunacaq cərimələr hüquqi şəxslərə, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə və xarici dövlətin hüquqi şəxs qismində yaradılan bütün müəssisələrinə şamil ediləcək: “Sözügedən qanunun qüvvəyə minməsi müəssisəni bu xərclərdən azad edəcək və xərcləri sığorta şirkəti ödəyəcək. Ödəniləcək məbləğ də zərərin dərəcəsindən asılı olacaq. İnzibati Xətalar Məcəlləsinin 53.9-cu maddəsinə edilən dəyişikliyə əsasən, bu sığorta növü üzrə işəgötürən işçinin sığortalanması ilə bağlı birbaşa məsuliyyət daşıyır”, - müfəttişliyin rəsmisi bildirib.

Qeyd edək ki, görüşdə bir neçə sığorta şirkətinin nümayəndələri də iştirak edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR