AMEA Fizika İnstitutu ilə Fransanın CNRS-İRDEP Elmi Araşdırmalar Mərkəzi arasında Memorandum imzalanıb

AMEA Fizika İnstitutu ilə Fransanın CNRS-İRDEP Elmi Araşdırmalar Mərkəzi arasında Memorandum imzalanıb
# 21 yanvar 2011 12:00 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika İnstitutu ilə Fransanın CNRS-İRDEP (Centre national de la recherche scientifique - Institute of Research and Development of Photovoltaic Energy) Elmi Araşdırmalar Mərkəzi arasında Memorandum imzalanıb. Fizika İnstitutundan APA-ya verilən məlumata görə, Memorandumu institutun direktor müavini Nazim Məmmədov və CNRS-İRDEP Elmi Araşdırmalar Mərkəzinin direktor müavini Jean-Fraçois Guillemoles imzalayıb. Altı bənddən ibarət olan Memorandum qarşılıqlı elmi əlaqələrin qurulması və kadr hazırlığına imkan verəcək.

Qeyd edək ki, bu mərkəz dünyada Günəş elementlərinin tədqiqi və hazırlanması sahəsində yüksək potensiala malikdir. Fizika İnstitutunun alimlərinin nazik təbəqəli Günəş elementləri sahəsində tədqiqat aparmaq qabiliyyəti və elmi potensialı bu institutlar arasında birgə əməkdaşlığı zəruri edib. Memorandumun müddəalarında ikiqat və üçqat halkogenid birləşmələri əsaslı Günəş elementləri üçün nanostrukturlu pəncərə laylarının, həmçinin Günəş elementlərinin müdafiəsi üçün almazabənzər örtüklərin hazırlanması və xarakteristikalarının müəyyən edilməsi öz əksini tapıb. Gələcəkdə Azərbaycanda yüksək effektivli nazik təbəqəli Günəş batareyalarının yaradılması və istehsalı baxımından Memorandum xüsusi əhəmiyyətə malikdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR