Azərbaycanda “2-ci Bakı Ürək Günləri” Beynəlxalq Konqresi keçiriləcək

Azərbaycanda “2-ci Bakı Ürək Günləri” Beynəlxalq Konqresi keçiriləcək
# 21 yanvar 2011 12:14 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Azərbaycan Ürək-Damar Cərrahiyyəsi Cəmiyyəti bu il mayın 13-15-də Heydər Əliyevin xatirəsinə həsr olunmuş “2-ci Bakı Ürək Günləri” Beynəlxalq Konqresi keçirəcək. Cəmiyyətdən APA-ya verilən məlumata görə, 2009-cu ildə keçirilən ilk konqresdə 16 xarici ölkə nümayəndəsi iştirak edib. Konqresdə kardiologiya və ürək cərrahiyyəsindəki ən mübahisəli problemlərə toxunulacaq.
İlk dəfə olaraq, Azərbaycan və xarici ölkələrdən məqalə və tezislərin elektron qəbulu həyata keçiriləcək. Mübahisəli xəstələr üzərində dünyanın tanınmış mütəxəssisləri ilə birgə aparılacaq əməliyyatların konqres salonunda canlı yayımı da keçiriləcək. Konqres azərbaycanlı kardioloq və kardiocərrahlara dünyanın ən qabaqcıl mütəxəssisləri ilə bu sahədəki ən son nailiyyətləri müzakirə etmək imkanı verəcək.
Artıq konqresdə iştirak etmək üçün qeydiyyat və məqalələrin qəbuluna başlanıb. İştirak etmək istəyənlər konqresin rəsmi saytından (www.bakuheartdays.az) qeydiyyatdan keçə və məqalələrini göndərə bilərlər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR