Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq əmək haqqı ötən il 9% artıb

Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq əmək haqqı ötən il 9% artıb
# 21 yanvar 2011 12:35 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Ötən il ərzində Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq əmək haqqı əvvəlki ilə nisbətən 9,1% artaraq 325 manat təşkil edib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, digər fəaliyyət növləri ilə müqayisədə mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyətində, inzibati və yardımçı xidmətlərin göstərilməsi sahəsində, informasiya və rabitədə, peşə, elmi və texniki fəaliyyət sahəsində, tikintidə orta aylıq əmək haqqı daha yüksək olub.

Qeyd edək ki, 2010-cu ilin yanvar-noyabr aylarında müəssisə və təşkilatlarda işçilərə əmək haqqı fonduna daxil edilməyən 15,8 mln. manatlıq sosial xüsusiyyətli ödəmələr verilib. Ödənişlərin əsas hissəsini mədənçıxarma sənayesi, nəqliyyat və anbar təsərrüfatı, informasiya və rabitə sahəsi, elektrik enerjisi, qaz, buxar və kondisiyalaşdırılmış hava ilə təchizat sahələrində, həmçinin tikintidə çalışan işçilər alıb.

Bu dövrdə müəssisə və təşkilatlarda çalışan kənar əvəzçilərin orta aylıq əmək haqqı 178,4 manat və mülki-hüquqi xarakterli müqavilələr üzrə işləyənlərin orta aylıq əmək haqqı 298,7 manat təşkil edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR