Çin lideri: “Ötən il dünyada 14 mln. iş yeri açmışıq”

Çin lideri: “Ötən il dünyada 14 mln. iş yeri açmışıq”
# 21 yanvar 2011 14:35 (UTC +04:00)
Bakı - APA-Economics. Çin iqtisadiyyatının səyləri nəticəsində ötən il dünyada 14 mln. iş yeri açılıb.

APA-Economics”in “The Financial Times”a istinadən xəbərinə görə, bu barədə ABŞ-da dörd günlük səfərdə olan Çin Xalq Respublikasının sədri Xu Tszintao bildirib.

ABŞ konqresmenləri hesab edirlər ki, Çinin siyasəti ölkədə iş yerlərinin kütləvi şəkildə azalmasına səbəb olur. Çin lideri isə bəyan edib ki, məhz Çinin sayəsində ABŞ istehlakçıları ucuz və keyfiyyətli məhsulla təmin olunurlar, bu da onlara 600 mlrd. dollara qənaət etməyə imkan verib.

X.Tszintaonun fikrincə, Çin iqtisadiyyatının inkişafı qlobal maliyyə böhranının qarşısını almaqda dünyaya kömək edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR