Həzi Aslanovun anadan olmasının ildönümü qeyd edilib – FOTOSESSİYA

Həzi Aslanovun anadan olmasının ildönümü qeyd edilib – <font color=red>FOTOSESSİYA</font>
# 22 yanvar 2011 13:48 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev - APA. Bu gün Lənkəranda iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun anadan olmasının ildönümü münasibətilə onun adını daşıyan xiyabanda anım mərasimi keçirilib. APA-nın cənub bürosunun məlumatına görə, qəhrəmanın cəbhə yoldaşlarının, Azərbaycan Silahlı Qüvvələrinin əsgər və zabitlərinin, rayon ictimaiyyəti nümayəndələrinin qatıldığı tədbiri giriş sözü ilə Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının aktyoru, respublikanın xalq artisti Qabil Quliyev açıb.

Lənkəran Şəhər İcra Hakimiyyəti aparatının İctimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri Əlimərdan Əliyev, Lənkəran Rayon Veteranlar Şurasının sədr müavini Kamal Kələntərli, Respublika Veteranlar Şurasının üzvü, professor Məhəmməd Teymurlu, Müdafiə Nazirliyinin şöbə rəisi, polkovnik Abdulla Qurbani, Yardımlı Rayon Veteranlar Şurasının sədri Şahbaz Hüseynov və başqaları çıxış edərək Həzi Aslanovun döyüş yolundan, onun qəhrəmanlığının gənc nəsil üçün daim örnək olmasından söz açıblar.

Həzi Aslanovun nəvəsi, hərbçi-mayor Emin Aslanov ailəsi adından babasının xatirəsini əziz tutduqları üçün lənkəranlılara, bütün Azərbaycan xalqına minnətdarlığını çatdırıb.

Generalın abidəsi önünə əklil və gül-çiçək dəstələri düzüldükdən sonra tədbir onun ev-muzeyində davam etdirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR