Azərbaycanın 11 bölgəsində sınaq imtahanları keçirilib

Azərbaycanın 11 bölgəsində sınaq imtahanları keçirilib
# 23 yanvar 2011 14:05 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən ölkənin 11 bölgəsində sınaq imtahanı keçirilib. APA-nın məlumatına görə, Bakı, Naxçıvan, Sumqayıt, Gəncə, Lənkəran, Şəki, Quba, Göyçay, Şirvan, Ağcabədi və Mingəçevir şəhərlərində keçirilən imtahanlarda 31 minə qədər şagird iştirak edib.

Sınaq imtahanları abituriyentlərin qəbul imtahanlarına səmərəli hazırlaşmalarına kömək etmək və ilk dəfə tətbiq ediləcək açıq testlərə abituriyentlərin cavablarını təhlil etmək üçün keçirilir. İmtahanlarda ilk dəfə olaraq riyaziyyat fənni üzrə 5 sual açıq test şəklində verilib. İmtahandan sonra abituriyentlərin açıq testləri necə cavablandırmaları təhlil olunacaq. İmtahanın nəticələri həftənin sonuna qədər elan olunacaq.

Qeyd edək ki, sonrakı sınaq imtahanlarının müntəzəm olaraq aprel ayından etibarən keçirilməsi nəzərdə tutulub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR