Koreya Azərbaycanda Peşə Tədris Mərkəzinin yaradılması üçün 22 milyon dollar ayıracaq

Koreya Azərbaycanda Peşə Tədris Mərkəzinin yaradılması üçün 22 milyon dollar ayıracaq
# 24 yanvar 2011 12:40 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Cənubi Koreya hökuməti Azərbaycanda Peşə Tədris Mərkəzinin yaradılması üçün 22 milyon ABŞ dolları ayıracaq. Təhsil Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bunu bu gün Təhsil Nazirliyində Qabaqcıl Texnologiyalar üzrə Peşə Tədris Mərkəzinin yaradılması layihəsinin müzakirəsinə dair keçirilən iclasda təhsil naziri Misir Mərdanov deyib. Nazir bildirib ki, 2007-ci ildə Cənubi Koreya tərəfinin təklifi ilə respublikada Peşə Tədris Mərkəzinin yaradılması layihəsinin reallaşdırılması üzrə razılığa gəlinib. Bununla bağlı mütəxəssislərin qarşılıqlı səfərləri təşkil olunub və bir sıra təşkilati məsələlər həllini tapıb. Mərkəzdə 8 ixtisas üzrə il ərzində 800 nəfər peşə təlimi ala biləcək. Yeni mərkəz 4 nömrəli Bakı peşə liseyinin bazasında yaradılacaq. Burada 2 illik ümumi və qısa müddətli kurslar təşkil ediləcək.
Qabaqcıl Texnologiyalar üzrə Peşə Tədris Mərkəzinin yaradılmasına dəstək göstərən hər kəsə təşəkkürünü bildirən Cənubi Koreya İnsan Resursları Departamentinin nümayəndəsi Can Ceymun bildirib ki, layihə çərçivəsində əsas və orta, eləcə də ali məktəbləri bitirmiş şəxslərin peşə təhsili alması mümkün olacaq. Mərkəzdə ən yüksək tələblər səviyyəsində tədris şəraiti yaradılacaq, şagirdlər yataqxana ilə təmin ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR