Çağdaş polyak poeziyası antologiyası Azərbaycan dilində çap olunub

Çağdaş polyak poeziyası antologiyası Azərbaycan dilində çap olunub
# 25 yanvar 2011 08:36 (UTC +04:00)
Bakı. Laçın Sultanova – APA. "Qəfil görüş" adlı çağdaş polyak poeziyası antologiyası Azərbaycan dilində çap olunub. APA-nın Polşanın Azərbaycandakı səfirliyinə istinadən verdiyi məlumata görə, layihə səfirliyin təşəbbüsü və Polşa Xarici İşlər Nazirliyinin İctimai və Mədəni Diplomatiya İdarəsinin dəstəyi ilə həyata keçirilib. Kitaba XX və XXI əsrlərin qovşağındakı ən görkəmli polyak şairlərin əsərləri, o cümlədən Nobel mükafatı laureatlarının - Vislava Şımborska və Çeslav Miloşun, eləcə də Tadeuş Rujeviçin və Zbiqnev Herbertin Azərbaycan dilinə ilk dəfə çevrilmiş şeirləri daxildir.
Şeirləri Bakı Slavyan Universitetinin tərcümə fakültəsinin məzunlarının dəstəyi ilə Azərbaycan şairləri, Səlim Babullaoğlu və Rəfail Tağızadə tərcümə ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR