Beynəlxalq Əmək Təşkilatı: Cari ildə dünyada işsizlik səviyyəsi artmaqda davam edəcək

Beynəlxalq Əmək Təşkilatı: Cari ildə dünyada işsizlik səviyyəsi artmaqda davam edəcək
# 25 yanvar 2011 12:15 (UTC +04:00)
Bakı - APA-Economics. Ötən il dünyada rəsmi işsizlik iqtisadiyyatın tədricən böhrandan çıxmasına baxmayaraq, yenə də rekord səviyyədə qalıb.

APA-Economics”in xəbərinə görə, bu barədə Beynəlxalq Əmək Təşkilatının (BƏT) yaydığı açıqlamada bildirilir.

2010-cu ildə işsiz qalanların sayı təxminən bir il əvvəlki göstəriciyə bərabər olub - 205 mln. nəfər. 2007-ci illə müqayisədə isə işsizlərin sayı 27,6 mln. nəfər artıb.

İşsizlər arasında gənclərin sayı 78 mln. nəfərdir ki, bu da 2007-ci ilin göstəricisindən 4,5 mln. nəfər çoxdur. 2009-cu illə müqayisədə ötən il işsiz gənclərin sayı 2 mln. nəfər azalıb.

BƏT-in proqnozlarına görə, cari ildə dünyada işsizlik səviyyəsi artmaqda davam edəcək və 6,1% (203,3 mln. nəfər) təşkil edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR