Sabahdan Azərbaycan ərazisində temperatur 5-7 dərəcə düşəcək, bəzi rayonlarda qar yağacaq

Sabahdan Azərbaycan ərazisində temperatur 5-7 dərəcə düşəcək, bəzi rayonlarda qar yağacaq
# 26 yanvar 2011 11:53 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyevanın APA-ya verdiyi məlumata görə, yanvarın 27-si axsam respublikanın şimal və qərb rayonlarından başlayaraq hava şəraiti qeyri-sabit, yağıntılı keçəcək. Yanvarın 28-29-da hava yağıntılı olacaq, dağlıq və dağətəyi rayonlara sulu qar və qar yağacaq. Yanvarın 29-da gündüz qərb rayonlarında yağıntılar tədricən kəsiləcək, şərq rayonlarında isə yağıntıların davam edəcəyi gözlənilir.

Yanvarın 29-dək Bakı və Abşeron yarımadasında gündüz saatlarında maksimal temperatur 4-6 dərəcə təşkil edəcək.

U. Tağıyeva deyib ki, yanvarın 28-də Azərbaycan ərazisində hava nisbətən soyuq keçəcək. Arabir güclənən şimal küləyi davam edəcək. Yanvarın 28-də də axşama doğru havanın yağıntılı keçməsi gözlənilir. Yanvarın 29-da, əsasən səhər və axşam saatlarında az yağıntı olacağı proqnozlaşdırılır.

Azərbaycanın rayonlarında da yaxın 2-3 gün ərzində qeyri-sabit hava şəraiti gözlənilir.

Yanvarın 27-də Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin qeydə alınacaq. Axşam buludluluğun artacağı, gecəyə doğru yarımadanın bəzi yerlərində az yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək. Havanın temperaturu gecə 4-6, gündüz 6-8 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında yanvarın 27-də hava, əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Lakin axşam bəzi şimal və qərb rayonlarından başlayaraq, hava şəraitinin qeyri-sabit keçəcəyi, yağıntılı olacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-8 dərəcə isti gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR