Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda sosial işçilərlə bağlı dəyirmi masa keçirilib

Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda sosial işçilərlə bağlı dəyirmi masa keçirilib
# 26 yanvar 2011 13:19 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda “Sosial iş” ixtisası üzrə I yarım ilin yekunları və perspektivlər” mövzusunda dəyirmi masa keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən institutun rektoru Asəf Zamanov bildirib ki, aztəminatlı və zəif təbəqədən olan əhalinin müdafiəsi dövlətin əsas prioritetlərindən biridir. Aztəminatlı ailələrin müdafiəsində sosial işçilərin mühüm rol oynadığını deyən A. Zamanovun sözlərinə görə, Azərbaycanda ilk dəfə olaraq sosial işçilərin hazırlanmasına ötən ilin oktyabrından rəhbərlik etdiyi institutda başlanılıb.

Təhsil Nazirliyinin De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinin rəisi Məlahət Hacıyeva isə bildirib ki, sosial işçilər ölkədə aparılan de-institutlaşma prosesində əsas iştirakçılardan biri olacaqlar. Buna görə də onların üzərinə böyük məsuliyyət düşür: “Ölkədə uşaqların vahid müdafiə sistemi yaradılmadan dövlət uşaq müəssisələrindəki uşaqların ailələrə verilməsinin və onların bu müəssisələrə düşməsinin qarşısını almaq mümkün olmayacaq. Sosial işçilər “Azərbaycan Respublikasında uşaqların dövlət uşaq müəssisələrindən ailələrə verilməsi və alternativ qayğı” Dövlət Proqramının yüksək səviyyədə icra olunmasına kömək edə bilərlər. Hazırda “Sosial iş” ixtisası üzrə 16 nəfər işçi hazırlanır. Onlar uzun illər dövlət uşaq müəssisələrində tərbiyəçi işləyiblər. Bizə lazım idi ki, bu işçilərin alternativ xidmətlər, mövcud qanunvericilik, uşaq müdafiə sistemi ilə bağlı da məlumatları olsun. Gələcəkdə sosial işçilərin hazırlanması dövlətin və uşaq müəssisələrinin sifarişi ilə həyata keçiriləcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR