Bakı məktəblərində 2 növbəli işləyən məktəblərdə iş rejimini müəyyənləşdirmək səlahiyyəti valideynlərə verilə bilər

Bakı məktəblərində 2 növbəli işləyən məktəblərdə iş rejimini müəyyənləşdirmək səlahiyyəti valideynlərə verilə bilər
# 26 yanvar 2011 13:27 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) orta məktəblərin iki və üç növbəli işləyən məktəblərin iş rejimini müəyyənləşdirmək səlahiyyətinin həmin təhsil müəssisələrində fəaliyyət göstərən Müəllim-Valideyn Assosiasiyasının ixtiyarına verilməsini təklif edir. BŞTİ-nin rəis müavini Məhəmməd Bayramov APA-ya bildirib ki,
internat və sağlamlıq imkanları məhdud uşaqlar üçün olan müəssisələr istisna olmaqla, bu idarənin tabeliyində 310 məktəb fəaliyyət göstərir. Həmin məktəblərin 139-u beş günlük iş həftəsi ilə işləyir. Beş günlük iş həftəsi ilə işləyən məktəblərin 80-i birnövbəli, 58-i ikinövbəli, 1-i üç növbəli işləyir.
Altı günlük iş həftəsi ilə isə 138 məktəb işləyir. Bu məktəblərin 29-u birnövbəli, 138-i ikinövbəli, 3-ü üçnövbəli işləyir.

M. Bayramov deyib ki, növbəli məktəblərin 5 günlük iş rejimində işləməsi səmərə vermir. Belə ki, gün ərzində 8 saat dərs şagirdləri yorur: “Nəzərə almaq lazımdır ki, bu uşaq növbəti dərs gününə də hazırlaşır. Həmin vaxtı da onun əlavə etsək, onda uşaq gün ərzində 12 saat işləməlidir. Bu isə çox ağırdır. Yuxarı sinif şagirdləri hələ əlavə olaraq ali məktəblərə qəbul imtahanlarına da hazırlaşırlar. Bu uşağı yorduğuna görə biz təklif edirik ki, məktəblərin növbəli işləməsi ilə bağlı qərarı həmin məktəblərdə fəaliyyət göstərən Müəllim-Valideyn Assosiasiyası versin, yəni valideynlərin rəyi əsas götürülsün. Müəllim-Valideyn Assosiasiyası qərar versə ki, biz uşaqların həftə ərzində 6 gün oxumasını məsləhət görürük, onda biz onlara “yox” deməyəcəyik. Başqa sözlə, onlar öz uşaqlarını necə oxutmaq istəyirlərsə, elə də oxutsunlar”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR