Ombudsman Aparatının əməkdaşları qocalar üçün internatda olublar

Ombudsman Aparatının əməkdaşları qocalar üçün internatda olublar
# 26 yanvar 2011 15:30 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Ombudsman Aparatının İşgəncələr Əleyhinə Milli Preventiv Mexanizm (MMP) qrupunun nümayəndəsi və Müvəkkilin əlillərin hüquqlarının müdafiəsi üzrə müşaviri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Buzovna qəsəbəsindəki 9 saylı ixtisaslaşdırılmış ruhi-əsəb, əlil və qocalar üçün internat evində olublar. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, aparatın əməkdaşları sakinlərin yaşayış şəraiti və qida təminatını araşdırıb, yataq yerlərinə, müalicə otaqlarına, mətbəxə, yeməkxanalara və digər obyektlərə baxış keçiriblər. Sakinlər pansionatın işçi heyəti tərəfindən onlara qarşı hər hansı bir kobud rəftara, pis münasibətə yol verilmədiyini bildiriblər. Otaqlara baxış zamanı sakinlərin yaşayış şəraitinin normal olduğu, gigiyenik normalara riayət edildiyi, yuyunmaq, duş qəbul etmək üçün şərait yaradıldığı, otaqların televizorla təmin olunduğu müəyyənləşdirilib. Lakin bəzi otaqlarda qismən sıxlıq yarandığı, üç-dörd nəfərin yaşadığı, fərdi əşyaların saxlanması üçün dolabların çatışmadığı məlum olub. Müəssisənin rəhbərliyinə sakinlərin saxlanma şəraitinin daha da təkmilləşdirilməsi ilə bağlı müvafiq tövsiyələr verilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR