Azərbaycanda ali məktəblərdə dövlət sifarişli ixtisaslar üzrə təhsil haqları artırılacaq

Azərbaycanda ali məktəblərdə dövlət sifarişli ixtisaslar üzrə təhsil haqları artırılacaq
# 27 yanvar 2011 08:57 (UTC +04:00)
Nazir, bununla bağlı hazırda müzakirələr getdiyi açıqlayıb. İxtisaslar üzrə təhsil haqqının nə qədər artırılacağını açıqlamayan M. Mərdanov “bu məslə yalnız bizdən asılı deyil, bu barədə qərar olan kimi ictimaiyyətə açıqlanacaq” deyib.

Təhsil naziri dövlət sifarişli ixtisaslar üzrə plan yerlərinin sayının da artacağını bildirib və qeyd edib ki, bu artım ildən-ildən çoxalacaq. O, yaxın vaxtlarda dövlət sifarişli ixtisaslar üzrə planın Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına təqdim olunmasının nəzərdə tutulduğunu deyib.

Nazir, TQDK sədri Məleykə Abbaszadənin orta məktəblərdə attestat qiymətlərinin şişirdilməsi barədə açıqlamasına da münasibət bildirib: “Məktəblərdə şişirdilmə problemi ola bilər. TQDK ilə bizim qiymətləndirmə arasında hələ fərq var. Bunu dəfələrlə demişik. Amma ən yaxşı hal odur ki, bu, ildən-ilə azalır və getdikcə azalacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR