Azərbaycandakı 3532 yaşayış məntəqəsinin yalnız 25 faizində uşaq bağçası var

Azərbaycandakı 3532 yaşayış məntəqəsinin yalnız 25 faizində uşaq bağçası var
# 27 yanvar 2011 13:21 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Azərbaycanda 477 yeni uşaq bağçasının tikilməsinə, 863 bağçanın əsaslı təmirinə ehtiyac var. APA-nın məlumatına görə, təhsil naziri Misir Mərdanov ötən ilin yekunlarına dair bu gün keçirilən kollegiya iclasında bildirib ki, ölkə üzrə 3532 yaşayış məntəqəsinin yalnız 25 faizində uşaq bağçası var. Hazırda Azərbaycanda 1624 dövlət özəl məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Ölkə üzrə uşaqların bu təhsil müəssisələrinə cəlbi 16,5 faizdir.

Nazir bildirib ki, son 3 ildə Bakıda bağçalara cəlb edilən uşaqların sayı 8601 nəfər artaraq 31673-ə yüksəlib. Hazırda Bakıda uşaqlarının məktəbəqədər təhsilə cəlbi səviyyəsi 26 faizdir. Artımın olmasına baxmayaraq, bu göstəricini yenə də yüksək saymayan M. Mərdanov hədəflərinin həmin rəqəmi 90 faizədək yüksəltmək olduqlarını söyləyib.

Nazir onu da əlavə edib ki, ölkə üzrə 131925 nəfər 5 yaşlı uşaq var. Onların yalnız 28348 nəfəri, başqa sözlə 21,5 faizi məktəbəqədər təhsilə cəlb edilib. Nazir kiçik yaşılların bağçalara cəlbi istiqamətində işlərini davam etdiklərini də söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR