Ombudsmanın işgəncələr əleyhinə qrupunun üzvləri polis bölmələrinə baxış keçiriblər

Ombudsmanın işgəncələr əleyhinə qrupunun üzvləri polis bölmələrinə baxış keçiriblər
# 27 yanvar 2011 16:28 (UTC +04:00)
Bakı – APA. İşgəncə və digər qəddar, qeyri-insani, ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyanın Fakültativ Protokoluna uyğun olaraq yaradılmış Ombudsmanın Milli Preventiv Mexanizm qrupunun üzvləri Yasamal Rayon Polis İdarəsinin müvəqqəti saxlama təcridxanasına, həmin idarənin 26 və 29-cu polis bölmələrinə, habelə Nərimanov RPİ-nin təcridxanasına və həmin idarənin 16, 17 və 18-ci polis bölmələrinə baxış həyata keçiriblər. Ombudsman Aparatından APA-ya verilən məlumata görə, qrup üzvləri bu müəssisələrdəki saxlanma şəraitini araşdırıb, saxlanmanın qanuniliyini təsdiq edən sənədlərlə tanış olub. Pozuntu halları müəyyən edilməyib.

Yasamal RPİ-nin təcridxanasında saxlanılan şəxslərdən biri barəsində cinayət işi üzrə istintaqı aparan müstəntiqin qeyri-obyektiv olduğunu söyləyib və onun digər müstəntiqlə dəyişdirilməsinə kömək göstərilməsini xahiş edib. Bu faktla bağlı müvafiq akt tərtib olunub. Ombudsman həmin məsələ ilə əlaqədar baş prokurora müraciət edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR