Avropa İnsan Haqları Məhkəməsi Azərbaycanla bağlı daha iki qərar çıxaracaq

Avropa İnsan Haqları Məhkəməsi Azərbaycanla bağlı daha iki qərar çıxaracaq
# 28 yanvar 2011 10:10 (UTC +04:00)
APA-nın məhkəmənin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, 1958-ci il təvəllüdlü iddiaçı Pirəli Orucov 2005-ci ilin iyununda ona qarşı qaldırılmış cinayət işi üzrə kasasiya şikayəti versə də, bu şikayətin baxıldığı prosesə çağırılmayıb. O, Avropa İnsan Haqları Konvensiyasının 6-cı maddəsinin 1-ci paraqrafında nəzərdə tutulan ədalətli mühakimə hüququnun pozulduğu iddiası ilə Avropa İnsan Haqları Məhkəməsinə müraciət edib.

Digər iddianın müəllifi Axundov soyadlı Azərbaycan vətəndaşıdır. O, işdən qanunsuz kənarlaşdırılması və əməkhaqqının ödənməməsi ilə əlaqədar məhkəmənin onun xeyrinə verdiyi qərarın yerinə yetirilmədiyini, bu səbəblə Konvensiyanın 6-cı maddəsinin 1-ci paraqrafı, 13-cü maddəsi (effektiv hüquqi müdafiə) və 1 saylı Protokolun 1-ci maddəsində (mülkiyyətin müdafiəsi) nəzərdə tutulan hüquqlarının pozulduğunu bildirərək Avropa İnsan Haqları Məhkəməsinə müraciət edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR