Qarabağ Azadlıq Təşkilatının təşəbbüsü ilə “Hər şey müharibə üçün, hər şey qələbə üçün!” şüarı altında Gənclər Forumu keçirilib

Qarabağ Azadlıq Təşkilatının təşəbbüsü ilə “Hər şey müharibə üçün, hər şey qələbə üçün!” şüarı altında Gənclər Forumu keçirilib
# 28 yanvar 2011 10:26 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Qarabağ Azadlıq Təşkilatının (QAT) təşəbbüsü ilə “Hər şey müharibə üçün, hər şey qələbə üçün!” şüarı altında Gənclər Forumu keçirilib. APA-nın məlumatına görə, forumu giriş sözü ilə açan QAT-ın sədr müavini İlqar Əliyev Ermənistan tərəfindən işğal edilən Azərbaycan ərazilərinin qaytarılması istiqamətində aparılan danışıqları nəticəsiz olacağına əminliyini vurğulayıb. Danışıqlar prosesinin gedişini təhlil edən İlqar Əliyevin sözlərinə görə, müharibə şəraitində itirilən torpaqların sülh yolu ilə qaytarılması təcrübəsi tarix boyu olmayıb: “Biz, indiki gənclik bu problemin gələcək nəsillərə miras qoyulmasının əleyhinə olmalıyıq. Torpaqlarımızı qanla alacağıq”.

QAT sədri Akif Nağı bildirib ki, Azərbaycan gəncləri münaqişənin həlli ilə bağlı öz mövqeyini açıq şəkildə cəmiyyətə bildirməlidir: “Gənclər öz aralarında əməkdaşlıq formaları axtarmalı, o cümlədən ideoloji baxımdan fərqləri nəzərə almadan müharibəyə hazır olduqları barədə cəmiyyətə ismarış göndərməlidirlər. Torpaqlarımızın işğaldan azad olunmasının başqa yolu yoxdur”. A. Nağı qeyd edib ki, Ermənistan işğal etdiyi əraziləri qaytarmaq niyyətində olmadığını dəfələrlə açıqlayıb.
Ölkədə fəaliyyət göstərən siyasi partiya və ictimai təşkilatların gənclər təşkilatlarının nümayəndələri də mövzu ilə bağlı fikirlərini söyləyiblər.

Sonda forum adından bəyanat qəbul edilib. Dörd müddəadan ibarət olan bəyanatda bildirilib ki, Azərbaycan beynəlxalq vasitəçilərdən imtina etməli, birmənalı şəkildə hərb yolunun seçməli və Azərbaycan gəncləri müharibəyə hazır olmalıdır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR