Yanvarın 31-də Azərbaycan ərazisində temperatur yenidən 4-6 dərəcə düşəcək

Yanvarın 31-də Azərbaycan ərazisində temperatur yenidən 4-6 dərəcə düşəcək
# 28 yanvar 2011 12:13 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva APA-ya bildirib ki, yanvarın 29-da rayonlarda yağmurlu hava şəraiti davam edəcək. Yanvarın 30 və 31-də günorta saatlarında yağıntılarda fasilə olacaq. Yanvarın 31-də günün birinci yarısında ölkə ərazisində temperatur yanvarın 29-a nisbətən 2-3 dərəcə yüksələcək.

Yanvarın 31-də Bakı və Abşeron yarımadasında temperatur 8-11, Aran rayonlarında 7-12 dərəcə isti, dağlıq ərazilərdə gündüz 5 dərəcəyədək isti, gecə 1-6 dərəcə şaxta olacaq.

U. Tağıyeva deyib ki, yanvarın 31-də axsam saatlarına doğru şimal küləyinin güclənməsi ilə əlaqədar ölkə ərazisində temperatur yenidən 4-6 dərəcə aşağı düşəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR