Azərbaycanın dağ çaylarında sululuq artıb

Azərbaycanın dağ çaylarında sululuq artıb
# 28 yanvar 2011 12:51 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Son günlər dağlıq ərazilərdə yağan qarın tədricən əriməsi və yağan yağıntılarla əlaqədar dağ çaylarında sululuğun artımı müşahidə olunub. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, hazırda dağ çaylarında normadan yüksək sululuq müşahidə olunur. Ən yüksək sululuq Böyük Qafqazın Balakən-Şəki bölgəsi çaylarında müşahidə olunur ki, bu da ongünlük normanın 240-270, Kiçik Qafqaz çaylarında 150-160, Lənkəran-Astara bölgəsi çaylarında 95-150, Naxçıvan Muxtar Respublikasının çaylarında isə 55-180 faizini təşkil edir.

Kür çayının Qıraqkəsəmən məntəqəsində su sərfi saniyədə 125 kub metrdir ki, ongünlük normanın 80 faizini təşkil edir (2010-cu ildə saniyədə 213 kub metr olmaqla 136 faiz təşkil edirdi).
Qanıx çayının Əyriçay məntəqəsində isə su sərfi saniyədə 51 kub metrdir ki, bu da ongünlük normanın 76 faizini təşkil edir (2010-cu ildə saniyədə 124 kub metr olmaqla 185 faiz təşkil edirdi).

Kür çayının aşağı axınında suyun səviyyəsində azalma davam etməkdədir. Ümumiyyətlə, yanvar ayı ərzində Kür çayının Yevlax məntəqəsində suyun səviyyəsi 41 sm, Zərdabda 60 sm, Surrada 32 sm, Şirvanda 17 sm, Salyanda 10 sm, Bankədə 7 sm, Araz çayının Novruzlu məntəqəsində isə 18 sm azalma müşahidə olunub.
Hazırda Surra məntəqəsində suyun hazırkı səviyyəsi 460 sm (2010-cu il mayın 21-də maksimal səviyyə 955 sm), Şirvanda 364 sm (2010-cu il mayın 18-də maksimal səviyyə 853 sm), Bankədə 288 sm (2010-cu il mayın 18-də maksimal səviyyə 503 sm), Salyanda 186 sm (2010-cu il mayın 18-də maksimal səviyyə 855 sm), Araz çayının Novruzlu məntəqəsində isə 240 sm (2010-cu il mayın 21-də maksimal səviyyə 734 sm) təşkil edir.
Kür çayının aşağı axınında müşahidə olunan hazırkı səviyyələr 2010-cu ilin müvafiq dövrü ilə müqayisədə 106-200 sm aşağıdır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR