“Gürcüstan Beynəlxalq Şəffaflıq” təşkilatı azərbaycanlıların veb-saytını yaradacaq - FOTO

“Gürcüstan Beynəlxalq Şəffaflıq” təşkilatı azərbaycanlıların veb-saytını yaradacaq - <font color=red>FOTO</font>
# 29 yanvar 2011 12:40 (UTC +04:00)
Marneuli. Nizami Məmmədzadə - APA. Bu gün azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunda ABŞ-ın Gürcüstanda fəaliyyət göstərən “Gürcüstan Beynəlxalq Şəffaflıq” (Transparency İnternational in Georgia) QHT təşkilatının əməkdaşları ilə azərbaycanlı gənclərin görüşü keçirilib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, görüşdə gənclərə SMS və veb-sayt informasiya xidmətləri göstərmək üçün Amerika Jurnalistlər Təşkilatının maddi dəstəyi ilə veb-sayt yaradılması təklifi irəli sürülüb.

“Gürcüstan Beynəlxalq Şəffaflıq” qeyri-hökumət təşkilatının əməkdaşları Derek Doler, Temur Ovçiyev, Maya Bəşirova təşkilatın məqsəd və vəzifələri barədə görüş iştirakçılarına ətraflı məlumat veriblər. Tədbirdə Azərbaycanlıların Mədəniyyət Mərkəzinin (AMM) təhsil şöbəsinin müdiri Mikayıl Mustafayev, Gənclər İttifaqının sədri Leyla Məmmədova, AMM-in mətbuat xidmətinin rəhbəri Nərgiz Əliyeva, tarixçi müəllim Nərgiz Nəbiyeva, tərcüməçi Oqtay Kazımov, “Sarvan” folklor ansamblının bədii rəhbəri Cəmilə Məmmədova və gürcü ali məktəblərində təhsil alan tələbələr Azərbaycan dilində veb sayt yaradılması təklifini bəyənərək qeyd ediblər ki, bu saytda eyni zamanda Azərbaycan və azərbaycançılıq barədə, adət-ənənələr, milli-mədəni dəyərlər, dilimiz, tariximiz barədə zəngin məlumatlar yayılsın. QHT əməkdaşları gənclərin təklif və rəylərini nəzərə alacaqlarını və bu layihənin məhz azərbaycanlılara xidmət edəcəyini bildiriblər. Tədbirin sonunda təklif və rəylərini qeyd etmək üçün gənclərə sorğu bülletenləri paylanılıb.

“Gürcüstan Beynəlxalq Şəffaflıq” təşkilatının əməkdaşı Derek Doler APA-ya açıqlamasında bildirib ki, Marneuliyə səfərdə əsas məqsəd azərbaycanlıların problemləri ilə yaxından tanış olub, onlara veb-sayt xidmətləri təklif etməkdir: “Bu təkliflə çıxış edir və bu layihəni azərbaycanlı gənclərin köməyilə həyata keçirmək istəyirik. Hələlik biz azərbaycanlı əhalisinin konkret problemləri ilə yaxından tanış deyilik, amma məlumatımız var ki, Marneulidə azərbaycanlıların bir-biri ilə və bir çox mədəni təşkilatlarla sıx əlaqələri var. Buna görə də biz burada gənclərlə görüşüb, onları dinlədik. Lakin layihə həyata keçərsə, biz bölgəyə dəfələrlə səfər edib gənclərlə, eyni zamanda əhalinin yaşlı nümayəndələri ilə görüşlər planlaşdıracağıq. Layihədə göstərilən tələblərə görə biz vaxtında lazımi məlumatlar toplasaq, 6 aydan sonra Amerika Jurnalistlər Təşkilatının dəstəyi ilə azərbaycanlılar üçün veb-sayt yaradacağıq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR