Miqrasiya orqanlarına qulluğa qəbul ilə əlaqədar test imtahanının nəticələri açıqlanıb

Miqrasiya orqanlarına qulluğa qəbul ilə əlaqədar test imtahanının nəticələri açıqlanıb
# 31 yanvar 2011 09:16 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) yanvarın 30-da Azərbaycanın miqrasiya orqanlarına qulluğa qəbul olmaq istəyən namizədlər üçün keçirdiyi test imtahanın nəticələrini açıqlayıb. Komissiyanın ictimaiyyətlə əlaqələr sektorundan APA-ya verilən məlumata görə, imtahanda iştirak etmək istəyən 285 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 271 nəfəri imtahanda iştirak edib, 14 nəfər imtahana gəlməyib. İmtahanın nəticələri TQDK-nın saytında yerləşdirilib. Test imtahanının nəticələrinə əsasən, 18 nəfər müsabiqə şərtini ödəyərək (70 və daha artıq bal toplayaraq) müsabiqənin növbəti mərhələsində iştirak hüququ qazanıb.

Hər bir namizədə sənədlərini təqdim etdiyi Sənəd Qəbulu Komissiyasında imtahan nəticələrinə dair arayış təqdim olunacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR