Azərbaycanda quş ovuna qoyulan qadağanın müddəti daha bir ay uzadılıb

Azərbaycanda quş ovuna qoyulan qadağanın müddəti daha bir ay uzadılıb
# 31 yanvar 2011 10:15 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova APA-ya bildirib ki, digər ölkələrdən Azərbaycana vəhşi quşların miqrasiya etməsi xəstəliyin hər an ölkəyə daxil olma ehtimalını artırır. Bununla əlaqədar ETSN tərəfindən qadağa fevralın sonunadək uzadılıb. Bu qadağa ötən il dekabrın 1-dən tətbiq edilir və artıq bir dəfə uzadılıb. Qeyd edək ki, çoxsaylı ovçuların müraciətləri nəzərə alınaraq ötən il noyabrın 5-də ölkə ərazisində su-bataqlıq quşlarının ovu açıq elan olunmuşdu.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR