Azərbaycan ərazisində fevral ayına proqnozlaşdırılan hava şəraiti

Azərbaycan ərazisində fevral ayına proqnozlaşdırılan hava şəraiti
# 31 yanvar 2011 13:09 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyevanın APA-ya verdiyi məlumata görə, fevral ayının birinci ongünlüyündə qeyri-sabit hava şəraitinin üstünlük təşkil edəcəyi, bəzi günlərdə temperaturun iqlim normasından bir qədər aşağı enəcəyi, yağıntılı olacağı, şimal küləyinin tez-tez güclənəcəyi gözlənilir. Ayın ikinci yarısında isə temperaturun nisbətən yüksələcəyi ehtimal olunur. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi şimal-qərb və şərq rayonlarında isə normadan bir qədər çox olacaq.

Bakı və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 3-4 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr 1-4 dərəcə isti, birinci ongünlüyün ayrı-ayrı gecələrində 0-4 dərəcə şaxta olacağı gözlənilir. Gündüzlər 6-11, birinci ongünlüyün ayrı-ayrı günlərində 1-3 dərəcə isti olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 21-24 mm) olacağı proqnozlaşdırılır.

Naxçıvan Muxtar Respublikasında havanın orta aylıq temperaturunun 2-4 dərəcə şaxta olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər aşağıdır. Gecələr 5-10, birinci ongünlüyün ayrı-ayrı gecələrində 14-18 dərəcə şaxta gözlənilir. Gündüzlər 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, birinci ongünlüyün ayrı-ayrı günlərdə 5 dərəcəyədək şaxta, üçüncü ongünlüyün bəzi günlərində 5-8 dərəcə isti olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 11-29 mm) olacağı proqnozlaşdırılır.
Yuxarı Qarabağ - Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy zonalarında havanın orta aylıq temperaturunun 2-3 dərəcə şaxta olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər aşağıdır. Gecələr 3-8, birinci ongünlüyün ayrı-ayrı gecələrində 15-18 dərəcə şaxta gözlənilir. Gündüzlər 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, birinci ongünlüyün ayrı-ayrı günlərində 5 dərəcəyədək şaxta, üçüncü ongünlüyün bəzi günlərində 3-8 dərəcə isti olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 25-35 mm) olacağı proqnozlaşdırılır.

Qazax-Gəncə, Goranboy, Tər-Tər, Ağdam-Ağcabədi-Füzuli-Cəbrayılda havanın orta aylıq temperaturunun 2-4 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, birinci ongünlüyün ayrı-ayrı gecələrində 4-8 dərəcə şaxta gözlənilir. Gündüzlər 3-8 dərəcə isti, birinci ongünlüyün ayrı-ayrı günlərində 0-3 dərəcə şaxta, üçüncü ongünlükdə 7-12 dərəcə isti təşkil edəcək. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 15-22 mm) olacağı proqnozlaşdırılır.

Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Xızı, Siyəzən, Şabran, Quba-Qusar-Xaçmaz zonalarında havanın orta aylıq temperaturunun 2 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, birinci ongünlüyün ayrı-ayrı gecələrində 8-13 dərəcə şaxta gözlənilir. Gündüzlər 2-7 dərəcə isti, birinci ongünlüyün ayrı-ayrı günlərində 0-5 dərəcə şaxta, üçüncü ongünlüyün bəzi günlərində 8-11 dərəcə isti olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 24-53 mm) olacağı proqnozlaşdırılır.

Mərkəzi-Aran-Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad,
Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında havanın orta aylıq temperaturunun 4-5 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr 0-5 dərəcə isti, birinci ongünlüyün ayrı-ayrı gecələrində 1-5 dərəcə şaxta olacaq. Gündüzlər 6-10 dərəcə isti, birinci ongünlüyün ayrı-ayrı günlərində 1-4 dərəcə isti, üçüncü ongünlüyün bəzi günlərində 12-14 dərəcə isti gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 21-35 mm) olacaq.

Masallı-Lənkəran-Astara, Lerik-Yardımlı zonasında havanın orta aylıq temperaturunun 4-5 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr 1-5 dərəcə isti, birinci ongünlüyün ayrı-ayrı gecələrində 0-3 dərəcə şaxta, dağlarda 5-10 dərəcə şaxta olacaq. Gündüzlər 6-10, birinci ongünlüyün ayrı-ayrı günlərində 1-4, üçüncü ongünlükdə 12-14 dərəcə isti gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasından çox (norma 44-105 mm) olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR