Azərbaycan Səhiyyə Nazirliyi süd və süd məmulatlarının keyfiyyətini yoxlayır

Azərbaycan Səhiyyə Nazirliyi süd və süd məmulatlarının keyfiyyətini yoxlayır
# 31 yanvar 2011 13:20 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Azərbaycan Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi ticarət mərkəzlərində satışa çıxarılan süd və süd məmulatlarının keyfiyyəti ilə bağlı yoxlamalara başlayıb. Mərkəzin Qidalanma-gigiyena bölməsinin müdiri İmran Abdullayev APA-ya bildirib ki, yoxlamalar Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda aparılır. Yoxlamaların fevralın 15-dək yekunlaşması gözlənilir.

İ. Abdullayev deyib ki, kolbasa və kolbasa məmulatlarının keyfiyyəti ilə bağlı yoxlama yekunlaşıb. Yoxlama zamanı kolbasa və kolbasa məmulatlarından götürülmüş nümunələrdə fiziki-kimyəvi və bakterioloji göstəricilərinə görə nöqsanlar aşkarlanmayıb: “Amma bütün bunlara baxmayaraq, bu ilin yay aylarında yenidən yoxlamaların aparılması nəzərdə tutulur”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR