Bakıda Azərbaycan-Alman Cərrahiyyə Günləri başlayıb

Bakıda Azərbaycan-Alman Cərrahiyyə Günləri başlayıb
# 31 yanvar 2011 13:54 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. Heydər Əliyev Fondunun dəstəyi ilə Səhiyyə Nazirliyinin M. Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində ikinci Azərbaycan-Alman Cərrahiyyə Günləri başlayıb. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, fevralın 4-dək davam edəcək tədbirdə Almaniyanın Heydelberq Universitetinin Manheym Cərrahiyyə Klinikasının rəhbəri və Almaniya Cərrahlar Cəmiyyətinin sədri, professor Stefan Postun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edir.

Regionda ilk dəfə olaraq xüsusi müasir treninq modelləri əsasında aparılacaq tədbirdə Azərbaycanın müxtəlif klinikalarında çalışan 200-dək cərrah, endoskopist və əməliyyat tibb bacıları üçün məruzələr oxunacaq. Bununla yanaşı, birbaşa translyasiya ilə nümunəvi əməliyyatların keçirilməsi, 50-dək xəstənin alman professorları tərəfindən təmənnasız müayinə və məsləhəti, cərrahi və endoskopik müalicəsi də nəzərdə tutulub.

Tədbirin sonunda alman tərəfi ilə gələcəkdə Heydər Əliyev Fonduna müraciət edəcək xəstələrin davamlı olaraq Almaniyanın aparıcı universitet klinikalarının mütəxəssisləri tərəfindən teletəbabət vasitəsilə təmənnasız konsultasiya edilməsi və bir sıra birgə layihələr müzakirə ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR