Dünya Bankının ali təhsil missiyası Azərbaycanda səfərdədir

Dünya Bankının ali təhsil missiyası Azərbaycanda səfərdədir
# 01 fevral 2011 09:07 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Dünya Bankının ali təhsil missiyası yanvarın 31-dən Azərbaycanda səfərdədir. Təhsil Nazirliyində “Azərbaycan təhsil sektorunun inkişafı layihəsi”nin əlaqələndirmə qrupunun rəhbəri Elvin Rüstəmov APA-ya bildirib ki, fevralın 4-dək Azərbaycanda olacaq missiyanın məqsədi hazırlanması nəzərdə tutulan “Azərbaycan ali təhsil sistemində islahatlar layihəsi”nin komponentlərini dəqiqləşdirməkdir.

E. Rüstəmov deyib ki, “Azərbaycan ali təhsil sistemində islahatlar layihəsi”nin bu ilin sentyabrınadək hazırlanması nəzərdə tutulur. Layihə Yaponiya hökumətinin ayırdığı 460 min dollar məbləğində maliyyə vəsaiti hesabına hazırlanır. Layihənin hazırlanması və təsdiqlənməsi bu il başa çatarsa, gələn ildən həyata keçirilə bilər. Layihənin dəyəri hələ müəyyənləşdirilməyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR