Bakıdakı ambulator tibb müəssisələrinin baş həkimlərinin və imtiyazlı apteklərin rəhbərlərinin iştirakı ilə müşavirə keçirilib

Bakıdakı ambulator tibb müəssisələrinin baş həkimlərinin və imtiyazlı apteklərin rəhbərlərinin iştirakı ilə müşavirə keçirilib
# 03 fevral 2011 11:33 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Səhiyyə Nazirliyində Bakı şəhərində fəaliyyət göstərən ambulator tibb müəssisələrinin baş həkimlərinin və imtiyazlı apteklərin rəhbərlərinin iştirakı ilə müşavirə keçirilib. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müşavirə şəkərli diabet xəstələrinə göstərilən tibbi xidmətin səviyyəsinin daha da yaxşılaşdırılmasına həsr olunub.

Toplantıda son illər dövlət tərəfindən həyata keçirilən tədbirlər nəticəsində şəkərli diabet xəstələrinin aşkar edilməsi işinin yaxşılaşdırılması, xəstələrin qeydiyyata düşməsi məsələsinin stabil qaydada və vaxtında həyata keçirməsi, onların pulsuz özünənəzarət vasitələri olan qlükometr və dərman preparatları ilə təmin olunması işinin təşkili müzakirə edilib. Qeyd edilib ki, şəkərli diabetdən əziyyət çəkən xəstələrin elektron kartları ilə təmin olunmasında müsbət işlər görülüb. Bunun nəticəsində təkcə Bakı şəhərində qeydiyyatda olan 40 minə yaxın şəkərli diabet xəstəsinin 25 mininə artıq elektron kartlar təqdim olunub.

Müşavirədə tibb müəssisələrinin rəhbərlərinə dərman preparatlarının həkimlər tərəfindən düzgün və lazımı qaydada müəyyən olunması, təyinatı və yönləndirilməsi işi ilə bağlı da xüsusi tapşırıq və tövsiyələr verilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR