Füzuli rayonunda təbii fəlakətdən zərər çəkən evlərin yerində yeniləri tikilir

Füzuli rayonunda təbii fəlakətdən zərər çəkən evlərin yerində yeniləri tikilir
# 07 fevral 2011 07:17 (UTC +04:00)
Füzuli. Teymur Zahidoğlu-APA. Ötən il Araz çayında baş verən daşqınlar nəticəsində evləri dağılmış Füzuli rayon sakinləri üçün yeni evlər tikilir. APA-nın Qarabağ bürosunun məlumatına görə, rayonun Əhmədbəyli, Balabəhmənli, Böyük Bəhmənli, Əhmədallar, Babı kəndlərində ümumilikdə 21 yaşayış mənzili inşa olunur. Mənzillərdə otaq sayı və ərazisi ailə üzvlərinin sayına müvafiq olaraq müəyyənləşdirilib. Füzuli Rayon İcra Hakimiyyətinin memarlıq və tikinti şöbəsinin müdiri Natiq Ağayevin sözlərinə görə, Novruz bayramına qədər zərərçəkənlər yeni evlərinə köçürüləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR