Təhsil Nazirliyində korrupsiyaya qarşı mübarizə ilə bağlı kollegiya iclası keçiriləcək

Təhsil Nazirliyində korrupsiyaya qarşı mübarizə ilə bağlı kollegiya iclası keçiriləcək
# 08 fevral 2011 10:10 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. “Bir neçə gündən sonra biz Təhsil Nazirliyində geniş kollegiya iclası keçirəcəyik. Əsaslı sözümüzü o kollegiyada deyəcəyik”. APA-nın xəbərinə görə, bunu təhsil naziri Misir Mərdanov Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin korrupsiyaya qarşı mübarizə məqsədilə müvafiq qurumlara verdiyi tapşırıqdan sonra nazirlikdə icra ediləcək tədbirlər barədə danışarkən deyib.

Nazir bildirib ki, nöqsanlara yol verən işçilər mütəmadi olaraq işdən çıxarılır. 2010-cu ildə də bununla bağlı tədbirlər görülüb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR