AMEA Rəyasət Heyətinin korrupsiyaya qarşı mübarizə ilə bağlı növbədənkənar iclası keçirilib

AMEA Rəyasət Heyətinin korrupsiyaya qarşı mübarizə ilə bağlı növbədənkənar iclası keçirilib
# 10 fevral 2011 13:52 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin (RH) korrupsiyaya qarşı mübarizə ilə bağlı növbədənkənar iclası keçirilib. AMEA-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə çıxış edən akademiyanın prezidenti Mahmud Kərimov korrupsiyaya qarşı mübarizənin ölkənin prioritet istiqamətlərindən olduğunu qeyd edib və bu istiqamətdə ölkə başçısı tərəfindən “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya (2007-2011-ci illər)” və Fəaliyyət Planının təsdiq edildiyini, qanunvericilik və iqtisadi sistemlərdə, eləcə də idarəetmədə icra mexanizmlərinin təkmilləşdirilməsi, dövlət strukturlarının fəaliyyətinin şəffaflığı, vəzifəli şəxslərin məsuliyyətinin artırılması, qanunun aliliyi və sosial ədalət kimi fundamental əsasların qorunub saxlanması istiqamətlərində mühüm islahatların həyata keçirildiyini deyib. O, AMEA-nın sosioloji və hüquqi, həmçinin iqtisadi sahələrində əldə olunan mütərəqqi elmi-nəzəri təcrübələrin korrupsiyaya qarşı mübarizədə tətbiq edilməsi, aidiyyatı dövlət qurumları ilə qarşılıqlı elmi-praktiki əməkdaşlığın dərinləşdirilməsi, elmi araşdırma, ekspertiza, təhlil, proqnozlaşdırma, təbliğat, mütəxəssis hazırlığının səmərəliliyinin yüksəldilməsi imkanlarına malik olduğunu, korrupsiyaya qarşı mübarizədə elmin bilavasitə iştirakının zəruriliyini qeyd edib.

Daha sonra AMEA RH tərəfindən hazırlanmış korrupsiyaya qarşı mübarizə tədbirləri haqqında qərar layihəsini tədbir iştirakçılarının nəzərinə çatdırılıb.
AMEA RH-nin Maliyyə-iqtisad şöbəsinin rəisi Zakir Nəcəfov subyektiv səbəblərdən elmi müəssisələrin fəaliyyətində normativ hüquqi sənədlərin düzgün tətbiq olunmadığını və ya nöqsanlara yol verildiyini, həmçinin beynəlxalq əlaqələrin gücləndirilməsində və büdcədənkənar gəlirlərin istifadəsində, ekspedisiya işlərinin sərbəst aparılmasında yaranan problemləri tənzimləmək üçün normativ hüquqi sənədlərin təkmilləşdirilməsinin zəruriliyini diqqətə çatdırıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR