Həftə sonu Azərbaycan paytaxtında güclü külək əsəcəyi gözlənilir

Həftə sonu Azərbaycan paytaxtında güclü külək əsəcəyi gözlənilir
# 11 fevral 2011 09:24 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyevanın APA-ya verdiyi məlumata görə, gündüz güclü cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 6-9 dərəcə isti olacaq.

Fevralın 13-də hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Güclü cənub-qərb, qərb küləyi axşam güclü şimal-qərb küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 3-5 dərəcə isti, günün birinci yarısında 9-14 dərəcə isti, axşama doğru 5 dərəcəyədək isti olacaq.

Azərbaycanın rayonlarında fevralın 12-də havanın yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Səhər qərb, gündüz isə şərq rayonlarında yağıntılar tədricən kəsiləcək. Gün ərzində hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə güclü cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq.

Fevralın 13-də hava əsasən yağmursuz olacaq. Lakin fevralın 13-də axşam dağlıq və dağətəyi rayonlarda havanın yağıntılı olacağı, qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 10-14 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR