Qaradağlı faciəsi ilə bağlı tədbir keçirilib

Qaradağlı faciəsi ilə bağlı tədbir keçirilib
# 11 fevral 2011 10:20 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. 1992-ci il fevralın 17-də Xocavənd rayonunun Qaradağlı kəndində baş vermiş kütləvi qətllə bağlı tədbir keçirilib. APA-nın xəbərinə görə, tədbirin təşkilatçısı olan Miqrant və Məcburi Köçkünlərin Hüquqlarının Müdafiəsi İctimai Birliyinin sədri Nadir Abdullayev bildirib ki, Qaradağlıda Xocalıda törədilən soyqırıma bənzər hadisələr törədilib.

Miqrant və Məcburi Köçkünlərin Hüquqlarının Müdafiəsi İctimai Birliyin icraçı direktoru, tarixçi Məhərrəm Zülfüqarlı Qaradağlı kəndinin tarixi türk yurdu olduğunu və orada baş verənlərin tədqiqata ehtiyacı olduğunu söyləyib.

Sonra tədbirdə “Dağlıq Qarabağda erməni terroru: Qaradağlı faciəsi” adlı kitabın təqdimatı keçirilib.

Qeyd edək ki, 1992-ci ilin fevralın 17-də Rusiya Silahlı Qüvvələrinin Xankəndində yerləşən 366-cı alayının şəxsi heyətinin birbaşa iştirakı ilə Qaradağlı kəndi işğal olunub. İşğal nəticəsində kənddə 90 nəfər şəhid olub, 6 nəfər itkin düşüb, 9 nəfər isə əsir götürülüb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR