Dövlət Film Fondunda “Uşaq bayramı” keçiriləcək

Dövlət Film Fondunda “Uşaq bayramı” keçiriləcək
# 14 fevral 2011 10:20 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Azərbaycan Dövlət Film Fondunda “Uşaq bayramı” keçiriləcək. APA-nın məlumatına görə, uşaq bayramı Mədəniyyət və Turizm Nazirliyi tərəfindən fevralın 18-də baş tutacaq. Tədbir uşaq evləri, qaçqın məktəbləri, Bakının ümumtəhsil məktəblərinin şagirdləri üçün təşkil olunur. Uşaqları musiqili əyləncə proqramı, “İt sərgisi”, “Tırtıl”, “Cəsur təyyarə” cizgi filmlərinin təqdimatı, onların yaradıcıları ilə görüş və maraqlı hədiyyələr gözləyir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR