Azərbaycan Milli Məclisi əlillərin, xəstə və qocaların sosial müdafiəsini nəzərdə tutan yeni qanun layihəsi hazırlayıb

Azərbaycan Milli Məclisi əlillərin, xəstə və qocaların sosial müdafiəsini nəzərdə tutan yeni qanun layihəsi hazırlayıb
# 14 fevral 2011 13:40 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan Milli Məclisinin yaz sessiyasında əlillərin, xəstə və qocaların sosial müdafiəsini nəzərdə tutan yeni qanun layihəsi müzakirəyə çıxarılacaq. Bu barədə APA-ya Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev məlumat verib.

M.Quliyevin sözlərinə görə, «Sosial xidmət haqqında» qanun layihəsi parlamentin Sosial siyasət Komitəsi tərəfindən hazırlanıb. Fevralın 16-da qanun layihəsi komitənin iclasında ilk dəfə müzakirə olunacaq.

Millət vəkili qeyd edib ki, yeni qanun layihəsində ahıllara, qocalara və xəstələrə evdə dövlət vəsaiti hesabına xidmət və köməklik göstərilməsi nəzərdə tutulub.

M. Quliyev bildirib ki, mövcud qanunvericiliyə görə, müharibə əlilləri dünyasını dəyişdikdən sonra onların ailələri dövlət hesabına mənzillə təmin oluna bilmirlər: “Amma indi qanunvericilikdə dəyişiklik edib, onların bu hüquqdan yararlanmalarını təmin etməklə bağlı təklif var. Komitədə müharibə əlilləri dünyasını dəyişdikdən sonra onların ailələri dövlət hesabına mənzillə təmin olunmaları ilə bağlı dəyişiklik layihəsi də müzakirə olunacaq”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR