Azərbaycanın şimal rayonlarına yağan güclü qar problemlər yaradıb

Azərbaycanın şimal rayonlarına yağan güclü qar problemlər yaradıb
# 17 fevral 2011 13:35 (UTC +04:00)
Quba. Zaur Quliyev - APA. Azərbaycanın şimal rayonlarına güclü qar yağmaqda davam edir. Quba Regional Hidrometeorologiya Müəssisəsindən APA-nın şimal bürosuna verilən məlumata görə, Quba və Qusar rayonlarının dağlıq kəndlərində qarın hündürlüyü 50-55 santimetrdir. Qarlı hava şəraiti ilə əlaqədar bölgənin bəzi yerlərində 20 dərəcəyədək şaxta qeydə alındığı bildirilir. Həm dağlıq, həm də düzənlikdə olan bütün avtomobil yollarını buz qatı örtüb. Sürücülər şinlərə zəncir bağlasa bələ, hərəkət olduqca çətinləşib. Avtomobillərin hərəkəti çətinləşdiyindən ucqar dağ kəndlərinin əhalisi rayon mərkəzinə getmək üçün 10 kilometr məsafəni piyada getmək məcburiyyətində qalıb. Hazırda yollarda hərəkətin bərpası istiqamətində tədbirlər görülür.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR